"Sumqayıt" qapıçısını geri qaytarır - MOİK-dən cavab gözləyirlər

15:24 - 27 Dekabr 2025

"Sumqayıt" MOİK-ə icarəyə verdiyi qapıçı Murad Ağamalıyevi qaytarmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" artıq bununla bağlı I Liqa klubuna müraciət edib.

19 yaşlı qolkiper "hərbçilər"ə mövsümün sonuna qədər icarəyə verilib. Lakin "Sumqayıt" Ağamalıyevi yanvar ayında qaytarmağa çalışır.

"Gənclik şəhəri" təmsilçisi MOİK-dən cavab gözləyir. I Liqa klubu yaxın günlərdə təklifə cavab verəcək. Anlaşma əldə olunsa, gənc "əlcək sahibi" yeni ilə "Sumqayıt"ın heyətində başlayacaq.

Xəbər xətti