2025-ci il sona yaxınlaşdıqca, ilin ən çox qazanan futbolçuları açıqlanıb.
Sportal.az xəbər verir ki, "Forbes"in siyahısına görə, ilin ən çox qazanan 10 futbolçusu sırasında İspaniyadan dörd, Səudiyyə Ərəbistanından üç, İngiltərədən iki və ABŞ-dən bir oyunçu yer alıb.
"Əl-Nəsr"də çıxış edən Kriştiano Ronalda başa çatmaqda olan ilin ən çox qazananıdır. 40 yaşlı portuqaliyalı hücumçu 280 milyon dollar qazanıb. "İnter Mayami"nin argentinalı vingeri 130 milyon dollarla 2-ci yerədir. İlk üçlüyü isə "Əl-İttihad"ın formasını geyinən Kərim Benzema (104 milyol dollar) qapayır.
2025-ci ilin ən çox qazanan futbolçuları:
1. Kriştiano Ronaldo ("Əl-Nəsr) - 280 milyon avro
2. Lionel Messi ("İnter Mayami") - 130 milyon avro
3. Kərim Benzema ("Əl-İttihad") - 104 milyon avro
4. Kilian Mbappe ("Real") - 95 milyon avro
5. Erlinq Haaland ("Mançester Siti") - 80 milyon avro
6. Vinisius Junior ("Real) - 60 milyon avro
7. Sadio Mane ("Əl-Nəsr") - 54 milyon avro
8. Cud Bellingem ("Real") - 44 milyon avro
9. Lamin Yamal ("Barselona") - 43 milyon avro
saytlarin hazirlanmasi
