AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi

23:52 - 29 Dekabr 2025

AFFA-nın Region Liqasında mübarizə aparan "Lənkəran"ın futbolçusu Səlim Alıyevlə bağlı şikayəti ilə əlaqədar qərarı açıqlayıb. 

Sportal.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı şikayəti qismən təmin edib.

Dekabrın 7-də "Zəfər 44" komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçuya 4 matçlıq cəza verilmişdi.

Apellyasiya Arbitraj Tribunalı isə cəzanı 3 oyuna endirib.

Xəbər xətti