Mərakeş millisinin sağ cinah müdafiəçisi Əşrəf Hakimi "Real"ın hücumçusu Kilian Mbappenin Afrika Millətlər Kubokuna gəlişi barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, PSJ-nin futbolçusu sabiq komanda yoldaşını ölkəsində gördüyü üçün şad olduğunu deyib:
“Mbappeni burada, Mərakeşdə görmək çox xoş idi. O, ölkəmizi sevir. Mərakeşi bəyənir, yeməklərimizi sevir. Onu görməyə çox sevindim. Çıxışımız xoşuna gəldi və dedi ki, Afrika Kubokunu qazanmaq üçün yaxşı şansımız var”.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda keçirilən iki oyundan sonra Mərakeş millisi 4 xal toplayıb.
saytlarin hazirlanmasi
