"Ayaks" klubu Jordi Kroyffun idman direktoru vəzifəsinə təyin olunması ilə bağlı onunla şifahi razılığa gəlib. Yekun rəsmiləşdirmə prosesi artıq son mərhələdədir.
Sportal.az xəbər verir ki, klub Kroyffun 2026-cı ilin fevral ayının əvvəlində işə başlamasını gözləyir. Əməkdaşlığın 30 iyun 2028-ci il tarixinədək nəzərdə tutulması planlaşdırılır.
Son dövrlərdə 51 yaşlı Kroyff İndoneziyada məsləhətçi vəzifəsində çalışıb. Ondan əvvəl isə "Barselona"da idman direktoru postunu tutub. O, həmçinin əfsanəvi futbolçu Yohan Kroyfun oğludur.
saytlarin hazirlanmasi
