"Flik əsl peşəkardır, o, futbolçulara həssaslıqla yanaşır" - Laporta

23:12 - 28 Dekabr 2025

"Barselona"nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi postunda Hansi Flikin işini yüksək qiymətləndirib.

Sportal.az xəbər verir ki, Dubayda keçirilən Globe Soccer Awards mükafatlarının təqdimetmə mərasimində Flik La Liqada 2024/25 mövsümünün ən yaxşı məşqçisi seçilib.

"O, əsl peşəkardır və öz ehtirasını futbolçulara ötürür. Hansi Flik üçün bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Hansiyə və onun məşqçilər korpusuna minnətdaram. Onun uğurunun açarı kluba və şəhərə uyğunlaşması oldu — o, inanılmaz dərəcədə güclü bir həmfikirlər komandası formalaşdırdı. O, ehtiraslı insandır və futbolçulara xüsusi həssaslıqla yanaşır.

Ötən mövsüm ərzində biz daim güclü təzyiq göstərirdik və ofsayd tələmiz çox yaxşı işləyirdi. İndi isə işimiz bir qədər çətinləşib: La Liqaya liderlik edirik və ümid edirik ki, komanda keçən mövsüm etdiklərini təkrarlaya, hətta daha da yaxşısını göstərəcək.

Çempionlar Liqasında dərs aldıq, lakin sona qədər mübarizə apardığımız La Liqada biz beşinci dəfə "Real"ı məğlub etdik. Bu, möhtəşəm idi. Futbolçular öz istedadlarını və kluba sədaqətlərini nümayiş etdirdilər." - deyə Laporta bildirib.

Xəbər xətti