“Flamenqo”nun baş məşqçi Filipe Luislə müqavilənin yenilənməsi üzrə danışıqları ciddi maneə ilə üzləşib.
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssisin meneceri Jorje Mendeş klubdan illik 5 milyon avro maaş, qazanılacaq kuboklara bağlı bonuslar, həmçinin xaricdən maraq olacağı təqdirdə aşağı sərbəstqalma məbləği tələb edir.
“Flamenqo” rəhbərliyi bu şərtləri real hesab etmir. Braziliya klubu menecerə tələbləri azaltmaq üçün sabahadək vaxt verib. Əks halda, müqavilənin yenilənməsi planlaşdırılmır.
Qeyd edək ki, "Flamenqo" Filipe Luisin rəhbərliyi altında bu mövsüm Braziliya çempionatının qalibi olub.
saytlarin hazirlanmasi
