"Real"ın sabiq yarımmüdafiəçisi Toni Kroos verdiyi müsahibədə Xabi Alonsonun Madrid klubunda baş məşqçi kimi fəaliyyətinə dair fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Kroos öz açıqlamasında bunları qeyd edib:
"Məşqçi işində ən çətin olan şey “Real”ı çalışdırmaqdır. Bu, heç də asan deyil. Burada hətta oyunu qazansan belə, insanlar səndən narazı qala bilər, belə klublar çox azdır. Əgər oyun bərabərə bitərsə və ya uduzsan, klub buna alışıq deyil. Tənqid çox tez başlayır. Məşqçinin demək olar ki, vaxtı yoxdur. Komandanın bir və ya iki il sonra necə oynayacağını düşünə bilməzsən, nəticələr indi və burada olmalıdır.
Mən inanıram ki, Xabi çox güclü mütəxəssisdir və onun “Real”ı çalışdırmaq üçün bütün keyfiyyətləri var. O bilir ki, bu klub nə deməkdir. Belə hallar baş verə bilər və o bunu anlayır. Ona vaxt verilməli və sakit qalması təmin edilməlidir, baxmayaraq ki, “Real”da bu olduqca çətindir."
saytlarin hazirlanmasi
