"Napoli" "Trabzonspor"un müdafiəçisini istəyir, Türkiyəyə yollanacaqlar

11:18 - 29 Dekabr 2025

“Trabzonspor” və Ukrayna millisinin müdafiəçisi Arseni Bataqov Avropanın bir neçə tanınmış klubunun diqqətini cəlb edib.

Sportal.az “Taka Gazetesi”nə istinadən xəbər verir ki, “Napoli", "Bolonya" və "Benfika" Bataqovu heyətinə qatmaqda israrlıdır. Həmin klubların nümayəndələri ukraynalını yanvar 5-də Qaziantepdə keçiriləcək Türkiyə Super Kuboku yarımfinal matçında "Qalatasaray"a qarşı canlı izləməyi planlaşdırırlar. Ötən mövsüm Bataqovu 1,8 milyon avroya alan "Trabzonspor" artıq müdafiəçi üçün 30-35 milyon avro arasında qiymət təyin edib.

Klub onu bundan aşağı qiymətə satmağı müzakirə etməyə hazır deyil. 23 yaşlı mərkəz müdafiəçisinin dəyərini 9 milyon avro olaraq qiymətləndirir. O, bu mövsüm Türkiyə Super Liqasında 16 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Bataqov “Dnepr”, “Polessya”,  “Zorya” klublarında oynayıb.

Xəbər xətti