Azərbaycanda bu mövsüm məğlub olmayan komanda hansıdır? - 12 turda 9 qələbə qazanıb

10:49 - 30 Dekabr 2025

Bu mövsüm Azərbaycanda Premyer Liqa, I Liqa, II Liqa və Əvəzedicilər Liqası daxil olmaqla uduzmayan yeganə komanda var.

Sportal.az xəbər verir ki, bu komanda I Liqada çempionluq mübarizəsi aparan "Şəfa"dır. 

Paytaxt təmsilçisi 12 turdan sonra 30 xalla liqanın lideridir. Premyer Liqaya iddialı olan klub fasiləyə də qış çempionu kimi yollanıb. Premyer Liqanın lideri olan "Sabah" 1 matçda, II Liqadakı lider "Qaradağ Lökbatan" 1 görüşdə, Əvəzedicilər Liqasında isə turnir cədvəlində hamıdan öndə qərarlaşan "Sabah-2" isə ən azından 2 görüşdə meydanı məğlub tərk edib.

Elgiz Kərəmlinin rəhbərlik etdiyi "Şəfa" isə 12 görüşdən 9-da qələbə qazanıb, 3 görüşdə isə onlar heç-heçəyə nail olublar. Hazırda bu komanda 30 xalla ən yaxın izləyicisi "Baku Sportinq"i 5 xal qabaqlayır.

Mirbağırağa

Xəbər xətti