"Fənərbaxça" sabiq futbolçusuna iş verdi

17:49 - 3 Yanvar 2026

Mehmet Aurelio "Fənərbaxça"nın akademiyasında çalışacaq.

Sportal.az xəbər verir ki, Braziliya əsilli türkiyəli mütəxəssis İstanbul təmsilçisinin U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Mehmet Aurelio futbolçu karyerası dövründə 2003-2008-ci illərdə "Fənərbaxça"nın formasını geyinib.

Xəbər xətti