Haaland hamını qabaqladı - ən çox qol vuran futbolçudur

12:28 - 2 Yanvar 2026

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən 2025-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu seçilib.

Sportal.az xəbər verir ki, yalnız beynəlxalq qolları nəzərə alan reytinqdə norveçlinin 29 qolunun olduğunu nəzərə alıb (12-si "Mançester Siti" və 17-si Norveç üçün).

Reytinq tarixində Haaland yalnız 2017-ci ildə 32 beynəlxalq qol vuran Kriştiano Ronaldodan sonra ikinci yerdədir.

"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn 2025-ci ildə ikinci (23 qol), "Real”ın (Madrid) hücumçusu Kilian Mbappe isə üçüncüdür (22 qol).
 

Xəbər xətti