Neymarın gələcəyi bəlli oldu

15:51 - 1 Yanvar 2026

"Santos" klubla müqaviləsi başa çatan Neymarla anlaşa bilib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" braziliyalı vingerlə yeni müqavilə imzalayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Neymarla bağlanan sözləşmənin müddəti 2026-cı ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Neymar 2025-ci ilin yanvar ayında "Əl-Hilal"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Santos"a keçib. 33 yaşlı futbolçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti