Fransanın şimalında yerləşən "Brebiyer" futbol klubu futbol turniri təşkil edib. Matç zamanı "Due" klubunun 13 yaşlı futbolçusu Krisin ürəyi dayanıb.
Sportal.az xəbər verir ki, Kris oyun vaxtı qəfil meydançaya yıxılıb. Daha sonra isə o, Lill Universitet Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, "Due" klubunun 13 yaşlı futbolçusu mövsümün əvvəlindən etibarən U14 komandasında liqanın bütün oyunlarında iştirak edib və indiyədək sağlamlığı ilə bağlı heç bir problem yaşamayıb. Klub göstərilən köməyə görə hər kəsə təşəkkür edib və Krisə tezliklə sağlamlığına qovuşmağı arzulayıblar.
saytlarin hazirlanmasi
