"Barselona"nın hücumçusu Lamin Yamal digər La Liqa oyunçularından daha çox təhqirlərə məruz qalır.
Sportal.az xəbər verir ki, İspaniyanın irqçilik və ksenofobiya məsələləri üzrə monitorinq mərkəzi 2024/25 mövsümü ərzində sosial şəbəkələrdə nifrət dolu paylaşımların təhlilini aparıb.
Ümumilikdə 33 438 təhqir dolu post aşkarlanıb və onların 33%-i silinib. Təhqirlərin 60%-i Lamin Yamala, 29%-i isə Vinisius Juniora qarşı yönəldilib.
İnternetdə ən çox təhqir olunan oyunçular siyahısına həmçinin Kilian Mbappe və Aleks Balde (hər biri 3%), Braim Dias və İnyaki Uilyams (hər biri 2%) daxil olub.
Bu cür paylaşımların pik nöqtəsi 2024-cü ilin 27 və 28 oktyabr tarixlərində, “El Klassiko” zamanı baş verib. Yuxarıda adı çəkilən oyunçularla yanaşı, istifadəçilər Rafinyu Dias və Ansu Fatini də təhqir ediblər.
Tədqiqat göstərib ki, nifrət dolu paylaşımlardan ən çox Şimali Afrikadan olan oyunçular (42%) və müsəlman oyunçular (41%) əziyyət çəkirlər.
saytlarin hazirlanmasi
