Premyer Liqa klubu braziliyalı vingerin transferini həll etdi

18:41 - 31 Dekabr 2025

"Qremio"nun futbolçusu Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Aston Villa" braziliyalı vingerin transferini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında bütün detallar azılaşdırılıb. Birmingem klubu 19 yaşlı ön xətt oyunçusu üçün 10+2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Alisson "Qremio"nun yetirməsidir. Gənc futbolçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti