"Vest Hem"in yarımmüdafiəçisi Qido Rodriqes karyerasını İtaliya A Seriyasında davam eetdirə bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" argentinalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Sky Italia" məlumat yayıb.
"Ağ-qaralar"ın baş məşqçisi Lusiano Spaletti Rodriqesin oyununu bəyənir və onu komandasında görmək istəyir. "Yuventus" İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq 31 yaşlı dayaq yarımmüdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Qido Rodriqes 2024-cü ilin yayından "Vest Hem"də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 6 rəsmi matçda 166 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi
