Norveç millisinin üzvü "Roma"ya keçə bilər

14:55 - 31 Dekabr 2025

"Benfika"nın futbolçusu Andreas Şelderup karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Roma" norveçli vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Paytaxt klubu Şelderupu satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. 21 yaşlı ön xətt oyunçusunun yanvar ayında "Roma"ya keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Benfika" Andreas Şelderupu 2023-cü ilin yanvar ayında "Norşellann"dan transfer edib. Norveç millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti