"Real"da Mbappe şoku - 3 həftə oynamayacaq

17:30 - 31 Dekabr 2025

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin liderlərindən olan Kilian Mbappe sıradan çıxıb. Bu barədə "L’Équipe" nəşri məlumat yayıb.

Fransalı hücumçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 27 yaşlı forvard La Liqanın "Betis"lə (4 yanvar), İspaniya Super Kubokunun isə "Atletiko" ilə matçında (8 yanvar) komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 27 rəsmi matçda 30 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti