"Əgər işlər yaxşı gedirsə, səni ucaldacaqlar, amma əgər pis gedirsə..." yığmanın baş məşqçisi Alonso barədə

21:21 - 1 Yanvar 2026

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente “Real”ın baş məşqçisi Xabi Alonsoya qarşı tənqidlər barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, de la Fuente öz açıqlamasınd bunları qeyd edib:

“Bu məni təəccübləndirmir, çünki bu, həyatın reallığıdır. Hər dəfə nəticə olmayanda suallar məşqçiyə yönəldilir. Onu ilk növbədə tənqid edirlər. Amma işlər yaxşı gedəndə sənin haqqında danışılması, təriflənməsi də xoşdur.

Buna görə balansı qorumaq vacibdir. Qələbədən sonra təkəbbürlənməmək, məğlubiyyətdən sonra dərin çuxura batmamaq lazımdır. Sən bilməlisən ki, işlər yaxşı gedirsə səni ucaldacaqlar, pis gedirsə isə çirkabın içinə atacaqlar."

Xəbər xətti