9 il sonra klubu tərk etdi

19:48 - 3 Yanvar 2026

Almaniyanın "Leyptsiq" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, "qırmızı öküzlər" Kevin Kamplla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sloveniyalı yarımmüdafiəçi ilə yayda başa çatmalı olan müqaviləyə ailəvi səbəblərə görə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Leyptsiq" Kevin Kamplı 2017-ci ilin yayında "Bayer"dən 20 milyon avroya transfer etmişdi. 35 yaşlı futbolçu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 283 rəsmi matçda 10 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti