"Latsio"nun yarımmüdafiəçisi Matteo Qenduzi karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tutto Mercato" nəşr məlumat yayıb.
İstanbul nəhəngi Qenduzi üçün İtaliya klubuna rəsmi təkliflər müraciət edib. Klublar arasında müzakirələr davam edir.
Qeyd edək ki, "Latsio" Matteo Qenduzini 2023-cü ilin yayında "Marsel"dən transfer edib. 26 yaşlı oyunçu bu mövsüm Roma təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
