"Atletiko" millinin sabiq üzvünü icarəyə verdi

21:30 - 3 Yanvar 2026

"Atletiko" futbolçusu Karlos Martini icarəyə verib.

Sportal.az xəbər verir ki, Madrid nəhəngi ispaniyalı vingeri "Rayo Valyekano"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-21 millisinin sabiq üzvü yaya kimi "qırmızı zolaqlılar"ın formasını geyinəcək.

Qeyd edək ki, Karlos Martin "Atletiko"nun yetirməsidir. 23 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti