Renan Lodi “Atletiku Mineyru"ya keçib.
Sportal.az xəbər verir ki, transfer barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Tibbi müayinədən uğurla keçdikdən sonra braziliyalı futbolçu 5 illik müqaviləyə imza atıb.
Lodi “Atletiku Paranaense”nin yetirməsidir. 27 yaşlı sol cinah müdafiəçisi Avropadakı çıxışları sayəsində tanınıb. Onun karyerasında Madrid “Atletiko”su, İngiltərənin “Nottingem Forest” klubu və Fransanın “Marsel” komandası yer alır. Braziliya millisinin üzvünün son klubu Səudiyyə Ərəbistanında “Əl-Hilal” olub. Təcrübəli oyunçu bu komandanın heyətində 2025-ci il Klublararası Dünya Çempionatında iştirak edib.
Renan Lodi Braziliya milli komandasında da çıxış təcrübəsinə malikdir. O, beşqat dünya çempionlarının heyətində 19 oyuna çıxıb və 2021-ci il Amerika Kubokunda iştirak edib.
saytlarin hazirlanmasi
