“Mançester Yunayted” “Brayton”dan Karlos Balebanı transfer şərtlərini araşdırıb.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, yanvarda bu transfer irəliləməyəcək, çünki “Brayton” futbolçunu ən azı yayadək saxlamaq istəyir. O zaman mərkəz yarımmüdafiəçilərinə tələbatın artması gözlənilir.
Daha əvvəl bildirildiyi kimi, Baleba “Mançester Yunayted”in əsas hədəfləri siyahısına daxildir. Siyahıda həmçinin “Nottingem Forest”dən Elliot Anderson və “Kristal Pelas”dan Adam Uorton var. Bundan əlavə, mançesterlilər “Vulverhempton”dan Joau Qomesə də maraq göstərir.
Mançester klubu həmçinin 18 yaşlı Ayub Buaddi (“Lill”) və 19 yaşlı Xristos Muzakitis (“Olimpiakos”) kimi gənc perspektivli oyunçuları da izləyir.
saytlarin hazirlanmasi
