Alonso "Real"dan rəsmən ayrıldı - yeni baş məşqçi məlumdur

22:06 - 12 Yanvar 2026

Xabi Alonso "Real"ın baş məşqçisi vəzifəsindən ayrılıb.

Sportal.az xəbər verir ki, Madrid klubu ispan mütəxəssislə yolların qarşılıqlı razılaşma əsasında ayrılması barədə qərar verildiyini açıqlayıb.

Dünən "Real" İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub. La Liqada isə madridlilər 19 turdan sonra 45 xalla 2-ci yerdə qərarlaşıb və lider "Barselona"dan 4 xal geri qalırlar. Alonso 25 may 2025-ci ildə "Real"ın baş məşqçisi olub və 30 iyun 2028-ci ilə qədər müqavilə imzalayıb. İspan mütəxəssis klubun sükanı arxasında 34 oyun keçirib, 24 qələbə qazanıb, 6 məğlubiyyət alıb və 4 dəfə heç-heçə edib.

 La Liqa təmsilçisi bu posta müvəqqəti olaraq Alvaro Arbeloanı təyin edib.Qeyd edək ki, Arbeloa mövsümün əvvəlindən “Real Madrid”in əvəzedici komandasına rəhbərlik edirdi.

Xəbər xətti