"Real" yanvar ayında futbolçu transfer etməyi planlaşdırmır.
Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, Madrid klubu qış transferləri ilə bağlı mövqeyini dəyişməyib. Rəhbərlik üzvləri hesab edirlər ki, mövcud heyət mövsümün final mərhələsinədək La Liqa, İspaniya Kuboku və Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmaq üçün kifayət qədər istedadlıdır.
Qeyd olunur ki, Alonsonun gedişindən sonra "Real"da yanvar ayında transferlər etməkdən çəkinirlər, çünki bu dövrdə bazarda yaxşı variantlar az olur, mövcud olanlar isə həddindən artıq bahalıdır.
La Liqada madridlilər 19 turdan sonra 45 xalla 2-ci yerdədirlər və lider «Barselona»dan 4 xal geri qalırlar.
saytlarin hazirlanmasi
