"Karvan-Yevlax" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

15:32 - 13 Yanvar 2026

"Karvan-Yevlax" müqavilə ilə “Sabah”a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”,  “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.


Xəbər xətti