"Əgər ona bənzəməyə çalışsaydım, tam fiasko yaşayardım" - "Real"ın baş məşqçisi

22:31 - 13 Yanvar 2026

“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa Joze Mourinyonun onun məşqçilik üslubuna təsiri barədə fikirlərini bölüşüb. Portuqaliyalı mütəxəssis 2010–2013-cü illərdə Madrid klubuna rəhbərlik edib. Arbeloa həmin dövrdə onun rəhbərliyi altında müdafiəçi mövqeyində çıxış edib.

Sportal.az xəbər verir ki, Arbeloa öz açıqlamasında maraqlı faktlara toxunub.

“Mən onunla danışmamışam. Onun rəhbərliyi altında məşq etmək mənim üçün böyük şərəf idi və bu, mənə çox böyük təsir göstərib. Əgər Joze kimi olmağa çalışsaydım, sarsıdıcı uğursuzluqla üzləşərdim. Mən Arbeloa kimi olacağam, uğursuzluqlardan qorxmuram.

Karyeram ərzində çoxlu məşqçilərim olub, onların hamısı mənim üçün vacib idi və mənə təsir göstərib. Sən öz üslubunu formalaşdırırsan və hər birindən ən yaxşı cəhətləri götürürsən.

Onların çoxu əfsanədir, futbolda hər şeyi qazanıblar. Ümid edirəm ki, mən də onların nailiyyətlərinin heç olmasa yarısına çata biləcəyəm."

Xəbər xətti