Misli Premyer Liqada mövsümün ikinci hissəsinə hazırlaşan "Qəbələ" daha bir yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv I Liqa təmsilçisi olan "Baku Sportinq"lə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan matçda "Qəbələ" rəqibini 7:1 məğlub edib.
"Qəbələ"nin qollarını İsmahel Akinade(dubl), Murad Musayev, Eşqin Əhmədov, Nicat Əliyev, Xayme Sierra və Salihu Nasiru vurub.
saytlarin hazirlanmasi
