Bu gün "Qəbələ" qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi I Liqa klubu "Baku Sportinq"lə qarşılaşacaq.
Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək və oyuna saat 14:00-da start veriləcək.
Təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" daha əvvəl "Kəpəz" (3:1) və "Araz-Naxçıvan"la (1:0) qarşılaşıb.
saytlarin hazirlanmasi
