"Napoli" və “Yuventus” “Fənərbaxça”nın hücumçusu Yusif Ən-Nesirinin transferində maraqlıdır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, İtaliyanın hər iki klubu 28 yaşlı mərakeşli forvard üçün “Fənərbaxça”ya rəsmi təklif irəli sürüblər.
“Napoli”nin 20 milyon avro transfer istəyi daxil olmaqla onu bir illik icarəyə götürmək üçün 5 milyon avro ödəməyə hazırdır. “Yuventus” isə onu birdəfəlik transfer etmək niyyətindədir.
Mərakeş millisinin hücumçusunun “Fənərbaxça” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
En-Nesiri “Malqa”, “Leqanes” və “Sevilya” klublarında oynayıb.
saytlarin hazirlanmasi
