Millimizdə oynamaq təklifindən imtina etmiş futbolçu karyerası ilə bağlı qərar verdi

18:46 - 15 Fevral 2026

Vaxtı ilə AFFA-nın milli komandamıza cəlb etmək istədiyi Jiloan Hamad futbolçu karyerası ilə bağlı yekun qərar verib.

Sportal.az xəbər verir ki, əslən İraqdan olan Hamad peşəkar futbolçu karyerasını yekunlaşdırıb.

O, istədiyi təklifi almadığı üçün bu cür addım atıb. Qeyd edək ki, 1990-cı ildə Bakıda dünyaya gəlmiş futbolçu İsveç yığmasında oynasa da, sonra İraq Futbol Federasiyasından gələn təklifi qəbul edərək, bu komandada rəsmi matçlara çıxıb.

Berti Foqtsun zamanında AFFA-dan dəvət almış Hamad bunu geri çevirmişdi. O, karyerası ərzində "Forvard", "Malmö", "Hammarbü", "Örebro"(hamısı İsveç), "Hoffenhaym"(Almaniya), "Standard"(Belçika), "İnçeon Yunayted"(Cənubi Koreya), "Qoritsa"(Xorvatiya), "Əl-Xolod"(Səudiyyə Ərəbistanı), “Utai Tani”(Tailand), "Lee Man"(Honq Konq), "Zaxo"(İraq) klublarında oynayıb.

Xəbər xətti