"Mançester Siti"nin yarımmüdafiəçisi "Real"ın hədəfində

15:59 - 4 May 2026

"Mançester Siti"nin əsas heyətində yerini itirən Ticani Reynders karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.

İngiltərə klubu Reyndersi satmağın əleyhinə deyil. Onlar 27 yaşlı yarımmüdafiəçiyə 58 milyon avro qiymət qoyublar.

Qeyd edək ki, "Mançester Siti" Ticani Reyndersi mövsümün əvvəlində "Milan"dan 55 milyon avroya transfer edib. Niderland millisinin üzvü "şəhərlilər"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti