Nəriman oynadı, "Kolambus Kryu" uduzdu - VİDEO

11:18 - 3 May 2026

ABŞ-da MLS-in 11-ci turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kryu” “Minnesota”ya 3:2 hesabı ilə məğlub olub. 

Axundzadə bütün qollar artıq vurulduqdan sonra oyuna 81-ci dəqiqədə daxil olub.

“Kolambus Kryu” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu yerdədir.

Xəbər xətti