Millimiz Bosniya və Herseqovina yığmasını darmadağın etdi

22:52 - 2 May 2026

Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

Sportal.az xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşmada 6:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz burada Monteneqro və Qazaxıstan komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.

Xəbər xətti