Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.
Sportal.az xəbər verir ki, millimiz hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.
Millimizə dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.
saytlarin hazirlanmasi
