"Qalatasaray"da qalmaq istəyir - İtaliyaya geri qayıtmağı düşünmür

14:22 - 3 May 2026

Niderland millisinin üzvü Noa Lanq “Qalatasaray”dan ayrılmaq istəmir.

Sportal.az “Ziggo Sport”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Napoli”yə məxsus olsa da, yeni mövsümə də icarə əsasında “Qalatasaray”da başlamaq niyyətindədir. 

O, özünü İstanbul klubunda xoşbəxt hiss etdiyi üçün İtaliyaya geri qayıtmaq niyyətində deyil.

“Ayaks”, “Tvente”, “Brügge”, PSV, “Napoli” klublarında oynamış Lanq mövsümün əvvəlində bir illik “Qalatasaray”a icarəyə verilib.

Onun “Napoli” ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti