"Sabah" bombardir üçün hərəkətə keçdi - ona yeni müqavilə təklif ediləcək

10:51 - 5 May 2026

"Sabah" əsas futbolçusu sayılan və bombardirlər siyahısında birinci olan Coy-Lens Mikelslə bağlı qərar verib.

Sportal.az saytına verilən məlumata görə, klub rəhbərliyi Ruanda millisinin üzvünü buraxmaq niyyətində deyil. Klub ona yeni müqavilə təklif etməyi planlaşdırır.

Ona 3 illik yeni müqavilə təklif ediləcək. 32 yaşlı futbolçunun “Sabah”la müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq. Onun özünün də ilk növbədə “Sabah”da qalmaq təklifinə üstünlük verəcəyi gözlənilir. Futbolçuya bir neçə təkliflər də başqa ölkələrdən var.

Əlavə edək ki, Mikels karyerası ərzində “Allemaniya Ahen”, “Karl Zeys Jena”, “Maastrixt”, “Əl-Faysali” kimi klublarda oynayıb.

Xəbər xətti