Azərbaycan kubokunun final matçının biletləri satışdadır

11:16 - 5 May 2026

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

"Sabah" – "Zirə" qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür.

Matçın biletlərinin qiymətiləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manatdır.

Xatırladaq ki, oyun mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Xəbər xətti