Futbolçunun cəzası təxirə salındı - ABŞ prezidenti FİFA-ya təşəkkür etdi

23:20 - 5 İyul 2026

ABŞ prezidenti Donald Tramp FİFA-ya Folarin Baloqunun diskvalifikasiyasını ləğv etdiyinə görə təşəkkür edib.

Sportal.az xəbər verir ki, ABŞ millisinin hücumçusu DÇ-2026-nın 1/16 finalında Bosniya and Herseqovina yığması ilə oyunda (2:0) VAR baxışından sonra birbaşa qırmızı vərəqə almışdı.

Daha sonra məlum olub ki, FİFA Baloqunun avtomatik 1 oyunluq cəzasını təxirə salıb. Bunun sayəsində o, 1/8 finalda Belçika yığmasına qarşı oynaya biləcək. Bu qərar barədə Tramp "Truth Social"da belə yazıb: “Doğru qərar verib böyük bir ədalətsizliyi aradan qaldırdığı üçün FİFA-ya təşəkkür edirəm!”

ABŞ – Belçika oyunu 7 iyula keçən gecə keçiriləcək və Bakı vaxtı ilə 03:00-da başlayacaq.

Xəbər xətti