"Norveçlə matçda qələbəyə layiq idik" - Ançelotti

12:01 - 6 İyul 2026

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis nəticədən məyus olduğunu etiraf etsə də, komandasının keyfiyyətli oyun nümayiş etdirdiyini vurğulayıb:

​"Əlbəttə ki, hamımız dərindən kədərlənmişik. Düşünürəm ki, bu ana qədər elə də yaxşı dünya çempionatı keçirməmişik. Lakin hesab edirəm ki, Norveçlə matçda qələbəyə layiq idik. Belə bir məqam baş verəndə məğlubiyyəti yeni bir macəranın başlanğıcı kimi qəbul etmək lazımdır.

İrəliləməyə, yeni ideyalar axtarmağa davam etməliyik. Bu məğlubiyyət son deyil, yeni bir dövrün başlanğıcıdır. Düşünürəm ki, bütövlükdə oyun yaxşı gedirdi. Hesab 0:0 olarkən, həm birinci, həm də ikinci hissədə çoxlu qol şansımız oldu. Daha sonra oyuna temp və dərinlik qatmaq, matçı qazanmağa çalışmaq üçün əvəzetmələr etdik".

​Qeyd edək ki, Norveç yığması 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.

Xəbər xətti