"Zirə"nin avrokubok matçının biletləri satışa çıxır

16:12 - 6 İyul 2026

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Torpedo” (Gürcüstan) oyununun biletləri sabah – iyulun 7-i saat 12:00-dan satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 5, 10, 20, və 50 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”

“Azfar”ın “Baku Arena” filialında.

Qeyd edək ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Xəbər xətti