ABŞ-nin baş məşqçisi: "Bizim günümüz deyildi"

12:48 - 7 İyul 2026

ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino Fox Sports-a verdiyi müsahibədə DÇ-2026-nın 1/8 final mərhələsinin pley-off matçında Belçikaya 4:1 hesablı məğlubiyyəti şərh edib.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis rəqibin layiqli qələbə qazandığını söyləyib:

"Əvvəldən də çox çətin idi. Belçikanı təbrik edirik. Onlar bizdən daha yaxşı idilər. Amma bizim günümüz deyildi. Bu, bəhanə deyil. Biz adi oyunumuzu oynamadıq və reallıq da budur. Öyrənməliyik, oyunu təhlil etməliyik və niyə bu DÇ-də digərləri ilə eyni şəkildə yanaşmadığımızı anlamalıyıq. Bu gün bizim günümüz deyildi. Adətən oynadığımız oyunu göstərə bilmədik". 
 

Xəbər xətti