Bu gün Azərbaycan Kubokunda 2026/2027 mövsümünə start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
"Qaradağ Lökbatan" "Şəki" ilə qarşılaşacaq.
"Şəmkir" isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək.
Digər matçlar oktyabrın 8-i və 9-da baş tutacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
7 oktyabr
“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30
“Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30.
