Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 10-cu tur oyununa çıxıb.
Sportal.az xəbər verir ki, yığma B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gəlib.
"Bank Respublika Arena”da keçirilmiş görüşdə Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv rəqibini məğlub edə bilib.
Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın yer aldığı B qrupunda 9 oyundan sonra 7 xalla 5-cidir.
Azərbaycan(U-21) - Cəbəllütariq 3:0 (U-21)
Qollar: Nihad Əhmədzadə 8, Ağadadaş Salyanski 43, 51
