"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo baş məşqçi Jorje Jezusun rəhbərliyi altında Portuqaliya millisində oynamayacaq.
Sportal.az "CNN Portugal"a istinadən xəbər verir ki, 41 yaşlı hücumçu UEFA Millətlər Liqasının 4-cü turunun Norveçlə oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında təcrübəli məşqçinin şərhlərindən narazı qalmışdı.
Ronaldo ilə Jesus arasındakı münaqişə Portuqaliyanın ikinci turda Norveçlə (2:1) matçdan sonra başlamışdı. O, bütün oyunboyu ehtiyat oyunçular skamyasında oturmasından narazı qalmışdı. Tanınmış futbolçu 3-cü turun Danimarka ilə oyunundan (4:2) əvvəl komandanın məşqlərinə məhəl qoymayaraq, millinin düşərgəsini tərk etmişdi.
Maraqlıdır ki, Jorje Jezus son turun oyunundan sonra keçirilmiş mətbuat konfransında Ronaldo haqda danışaraq, üzr istəməli bir şeyinin olmadığını bildirib.
saytlarin hazirlanmasi
