Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Rodriqo De Paul Türkiyəyə yollana bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Beşiktaş”la danışıq aparır.
Təcrübəli futbolçu özü də İstanbul təmsilçisinin formasını geyinməyə müsbət yanaşır. Türkiyə klubu onun istədiyi maaşı verə bilərsə, De Paul “Beşiktaş”la müqavilə imzalayacaq.
Onun “İnter Mayami” ilə müqavilə müddəti 2029-cu il dekabrın 31-nə qədərdir. O, karyerası ərzində “Rasinq”, “Valensiya”, “Udineze”, “Atletiko” klublarında oynayıb.
