"Neftçi"nin legioneri: "Ümid edirəm ki, çempion ola bilərik"

10:19 - 11 Noyabr 2026

"Neftçi"nin xorvatiyalı yarımmüdafiəçisi Viko Şevel Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz” üzərində 1:0 hesablı qələbəni Sportal.az saytına açıqlamasında şərh edib.

O, komandasının çempionatın birinci dövrəsini də dəyərləndirib:

“Oyun çox çətin keçdi. Bunu gözləyirdik, çünki "Kəpəz" yaxşı komandadır. Üç xal qazanmaq bizim üçün çox vacib idi. Qol vurmaq asan deyildi, amma sonda yenə də qalib gələ bildik. Bu, əladır və mən komandamla fəxr edirəm. Mövsümün ilk yarısı başa çatdı, amma biz çalışmağa və irəliləməyə davam etməliyik. Qarşıda hələ çox oyun var, ona görə də dayana bilmərik. Oyundan-oyuna irəliləmək istəyirik və mövsümün sonunda harada olacağımızı görəcəyik. Ümid edirəm ki, çempion ola bilərik.

Milli komandalara görə verilən fasilədən sonra "Araz-Naxçıvan"la qarşılaşacağıq. "Neftçi"də oynayırıq və hər matçda qalib gəlmək üçün çalışmalıyıq. İndi yaxşı hazırlaşmalı, meydana çıxmalı və qalib gəlmək üçün əlimizdən gələni etməliyik. İnanıram ki, üç xal qazana bilərik".

Xəbər xətti