"Palmeyras"ın hücumçusu Vitor Roke Avropaya qayıda bilər.
Sportal.az xəbər verir ki, İngiltərə klubları braziliyalı forvardın xidmətində maraqlıdır. Bu barədə "Bolavip" nəşri məlumat yayıb.
"Mançester Yunayted", "Tottenhem Hotspur", "Çelsi" və "Everton" Rokeni transfer etmək istəyir. Premyer Liqa klubları artıq 21 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıblar.
"Palmeiras" Vitoru satmağın əleyhinə deyil. Onlar gənc oyunçu üçün ən azı 45 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Palmeyras" Vitor Rokeni 2025-ci ilin fevralında "Barselona"dan 25,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
(Mənbə:
@bolavipcom
